04 iyun 2024 16:36
562

“Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağımıza ümid edirik - Babək Hüseynov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağını ümid edir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

“Bizim neft hasilatımızın əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. Əsas məqsədimiz neft hasilatının aşağı düşmə sürətini sabitləşdirmək və sonra müəyyən bir vaxtı bu səviyyədə saxlamaqdır. Eyni zamanda, yeni yataqların mənimsənilməsidir”, - o bildirib.