04 iyun 2024 13:51
277

"Çelsi" onun Olimpiadaya getməsinə qadağa qoydu

"Çelsi" yarımmüdafiəçisi Enzo Fernandezin Argentina millisi ilə Olimpiadaya getməsinə qadağa qoyub.

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu  Parisdəki turnirdə olmaq istəyib və bununla bağlı rəhbərliklə bir neçə dəfə danışsa da, onu buraxmayıblar. Nəticədə o, milliyə dəvət olunan futbolçular arasında olmayıb.

Fernandes 2023-cü ilin yanvarında "Benfika"dan "Çelsi"yə keçib. 2023/24 mövsümündə futbolçu 40 oyuna çıxıb, 7 qol vurub və 3 qolun ötürməsini verib.