04 iyun 2024 09:31
270

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "See Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.