03 iyun 2024 23:30
330

"Şamaxı" onunla yeni müqavilə imzalayıb

“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” klubun saytına istinadla xəbər verir ki, komanda müqaviləsi başa çatan Abdulla Seydəhmədov ilə yeni müqavilə imzalayıb. 

Qolkiperlə yeni müqavilənin müddəti bir ildir.