03 iyun 2024 14:58
514

İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki...

Xalq artisti Faiq Ağayev bir çox sənətçilərin ifasını yutubdan sildirdiyini etiraf edib.

“İki sahil” xəbər verir ki, müğənni bu haqda “Xəbərin var?” verilişində danışıb.

O bildirib ki, buna səbəb mahnılarının icazəsiz oxunnması olub: “Bir neçəsinin ifasını çox yerdən, eləcə də yutubdan sildirdim. Repertuarımdakı mahnılara icazəsiz müraciət etmişdilər”. 

F. Ağayev məsələ ilə bağlı bunu xatırlayıb: “İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki, ifa etdiyim “Dəşdi” mahnısına qulaq asıb icazə versin. O, icazə verdikdən sonra mən o mahnını oxumağa başladım. Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını otağında dinlətdirdim, razılığını alıb ifa etdim”.

Sənətçi bildirib ki, ondan icazə alınacağı təqdirdə mahnılarının oxunmasına qarşı deyil: “Pəncərə”, “Səni əvəz eləmir”, “Ömür bumu?” adlı mahnılarımı ifaçılar restoranlarda oxuyurlar. Məsələn, Lalə Məmmədova və bir neçəsi icazə aldı. Mən də onlara bu icazəni verdim. O birilər soruşsaydı, “yox” deyəcəkdim?” Oxuyursunuz, əcəb edirsiniz... Amma məşhurlaşmış mahnı ilə gündəmə gəlirsənsə, çiyninin üstündə mənim haqqım var”.