Neftin qiyməti cari ilin sonuna kimi 80 dollar/barrelə çata bilər.
AZƏRTAC xəbər verir ki, “Natixis Asset Management”in rəhbəri Yoon Choge Chong bu fikirdədir.
“İstehsalçıların neft hasilatının azaldılması üzrə sazişə sadiqliyi və Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışa çıxarılması ərəfəsində bazarda sabitliyin davam etməsi “qara qızıl”ın qiymətinin cari il bitmədən 80 dollar/barrel səviyyəsinə yüksəlməsin səbəb ola bilər. İxracatçı şirkətlərə və texnologiya şirkətlərinə olduqca çox sərmayə yatırılıb və bu investisiyalar özünü doğruldur. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 80 dollara çatması real görünür”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir