29 may 2024 16:01
404

"Barselona" Xavi ilə yolları ayırdı - Yeni baş məşqçisi bəllidir

"Barselona" baş məşqçisi Xavi Ernandeslə yollarını rəsmən ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 Onunla 2024/25 mövsümünün sonuna qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan və 17 il bu klubda çıxış edən Xavi 2021-ci ildə komandaya baş məşqçi kimi qayıtmışdl. Daha əvvəl də o, mövsümün sonunda komandadan gedəcəyini açıqlasa da, klub rəhbərliyi baş məşqçini fikrindən daşındırmışdı.

"Barselona" Xavinin rəhbərliyi ilə 1 dəfə La Liqanın qalibi olub, 1 dəfə isə İspaniya Superkubokunu qazanıb. Hazırda isə komandanın mövsümü 2-ci pillədə tamamlayacağı dəqiqdir.

Klubun yeni baş məşqçisi də bəlli olub. Bu barədə Kataloniya təmsilçisinin rəsmi "X" hesabı paylaşım edib.

Komanda almaniyalı mütəxəssis Hans-Diter Flikə tapşırılıb. O, bu postda Xavi Ernandesi əvəzləyib.