29 may 2024 14:50
406

Ona təhqir yazan şəxsi polislə hədələdi

Aparıcı İlkin Həsəni ona təhqir yazan sosial şəbəkə istifadəçisini polislə hədələyib.

“İki sahil” xəbər verir ki, İlkin həmin şəxsin onu təhqir etdiyini yazıb.

"İllər öncə Kazım kimilər hansısa təhqiri və ya söyüşü yazmaq üçün saxta profillərdən istifadə edirdilər. İndi bu məxluqlar o qədər qudurblar ki, hər şeyi aşkar edirlər. Polisə şikayət edəcəksən, Kazımın Azəri (atasını nəzərdə tutur - red.) gələcək ki, uşaqdır. Bunu tanıyan varsa, başa salın ki, belə olmaz. Səhər tezdən valideynlərini narahat etməyək" deyə, aparıcı paylaşımında yazıb.