26 may 2024 03:30
495

Kann Kino Festivalının qalibləri məlum oldu

ABŞ kinorejissoru Şon Beykerin "Anora" filmi 77-ci Kann Kino Festivalında "Qızıl Palma" mükafatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, film intim xidmətlər göstərən bir şəxsin Nyu-York və Las Veqas arasında səyahətindən bəhs edir. Süjetə görə, rusiyalı oliqarxın oğlu onunla evlənməyə hazırlaşır.

İkinci ən mühüm mükafat olan Kann Film Festivalının Qran Prisi hindistanlı qadın rejissor Payal Kapadianın "All We Imagine as Light" filminə verilib. Fransız rejissoru Jak Odiardın "Emiliya Peres" filmi isə üçüncü ən vacib mükafat olan Münsiflər Heyətinin Mükafatına layiq görülüb.

Həmçinin, "Ən yaxşı qadın rolu" nominasiyasında mükafat dörd aktrisaya verilib: Selena Qomez, Karla Sofiya Qaskon, Zoe Saldana və Adriana Pas. "Ən yaxşı aktyor" nominasiyası isə Yorgos Lantimosun çəkdiyi "Kinds of Kindness" filmində oynayan amerikalı aktyor Cessi Plemonsa təqdim edilib.

Ən yaxşı rejissor "The Grand Tour" dramına görə portuqaliyalı Migel Qomeş olub. Ən yaxşı ssenari nominasiyasında mükafat "The Substance" filminin ssenarist və rejissoru olan Korali Farqiyaya verilib.

Film festivalının xüsusi mükafatına iranlı rejissor Məhəmməd Rəsulovun "Müqəddəs əncirin toxumu" filmi layiq görülüb. Ən yaxşı operator işi üzrə mükafat "Armand" filmində iştirak edən norveçli kinematoqraf Halfdan Ullman Tendellə verilib. Bundan əlavə, əsas mükafat elan edilməzdən əvvəl fəxri Qızıl Palma budağı amerikalı kinorejissor Corc Lukasa təqdim olunub.