Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “Exxon Mobil” korporasiyası Qayanada iri neft yatağı kəşf edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Stabroek” bloku adlandırılan yataq Atlantik Okeanda 26 min 800 kvadratkilometr (6,6 milyon hektar) sahəni əhatə edir.
“Qayana sularında belə bir yatağın kəşfi şirkətin imkanlarını göstərir”, - deyə “ExxonMobil Exploration Company”in prezidenti Steve Greenlee bildirib.
Şirkət 2018-ci ilin sonunadək “Stabroek” blokunda daha çox ərazidə kəşfiyyat aparmağı planlaşdırır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir