21 may 2024 12:18
238

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

“Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır. Belə ki, beynəlxalq səyahətlərin və ticarətin artması bitki zərərvericilərinin və xəstəliklərinin bir ölkədən digərinə yayılmasına səbəb olub. İndi zərərvericilərin biomüxtəlifliyin itməsinə səbəb olan və planetimizi saxlayan incə həyat şəbəkəsini təhdid edən əsas amillərdən biri olduğu geniş şəkildə qəbul edilir”.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda bildirib.

O qeyd edib ki, forum bitki sağlamlığının qorunmasına diqqət yetirilməsi, kənd təsərrüfatı təcrübələrinin təşviq edilməsi və qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyinin gücləndirilməsi üçün milli bitki sağlamlığı institutları, eləcə də regional və beynəlxalq təşkilatlar üçün mühüm görüş nöqtəsi olacaq.