21 may 2024 10:35
581

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

“İki sahil” xəbər verir ki, bu, Natiq İbrahimovdur.

O, şirkətin rəhbərliyində Elçin Məmmədovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.