Pekin Xarici Dillər Universitetində “İpək yoluyla ecazkar mədəniyyətləri kəşf et” devizi altında keçirilən ənənəvi mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.
“İki sahil” xəbər verir ki, universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin hazırladığı Azərbaycan stendində xalqımızın zəngin və özünəməxsus mədəniyyəti nümayiş etdirilib. Azərbaycanda elan olunan “Yaşın dünya naminə həmrəylik ili” mövzusuna uyğun hazırlanan stenddə COP29-la bağlı məlumat lövhəsi ziyarətçilərə təqdim olunub. Azərbaycanda qorunan nadir heyvanlar, xüsusilə Şirvan Milli Qoruğunun faunası haqqında əl işləri nümayiş etdirilib.
Ziyarətçilərin marağına səbəb olan digər amil Azərbaycan şairlərinin təbiət haqqında şeirlərindən seçilən xüsusi misralar olub. Çin dilinə tərcümə olunmuş bu misralar vasitəsilə Azərbaycan xalqının təbiətə olan münasibəti təqdim olunub. Bundan başqa, Azərbaycan mətbəxinin nümunələri sərgilənib, mədəniyyət və tariximizi əks etdirək kitablar və digər vəsaitlər nümayiş olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq