ADA Universiteti və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ADA Universitetində ikili diplom proqramının açılışında deyib.
“Mən ADA Universiteti və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin birgə ikili diplom proqramının açılışında iştirak etməkdən məmnun oldum. Bu kimi tərəfdaşlıqlar akademik dialoqumuza töhfə verərək, insanlar arasında əlaqələrini daha da gücləndirir. Qanunun aliliyi və savadlı hüquqşünaslar istənilən azad cəmiyyətin vacib komponentləridir”, – diplomatik missiyanın mətbuat xidməti səfirdən sitat gətirib.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq