11 may 2024 09:01
489

Bu ölkənin təmsilçisi “Avroviziya”dan uzaqlaşdırılıb

Niderlandlı müğənni Yosta Kleyna “Avroviziya - 2024”ün münsiflər heyəti tərəfindən şoudan uzaqlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

Onun yarışdan niyə uzaqlaşdırıldığı açıqlanmır.

Avropa Yayım Birliyi sənətçi ilə bağlı araşdırmalara başlayıb.

“SVT” kanalı bildirib ki, Niderlanddan olan müğənni fotoqraflardan biri ilə mübahisə edib və nəticədə onların arasında münaqişə yaşanıb.