Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.
Festival həm çıxışçılar, həm də fərqli repertuarı ilə fərqlənir.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.