İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.
“İki sahil” xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.
Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.
Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və “Avroviziya-2024”ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalına dünən yekun vurulub. Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar. Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.