Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır və bu ölkədə daxili qazpaylayıcı şəbəkənin inkişafı üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bunu “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində deyib.