Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.
Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 2 min 088 metr və ya 10,6 % azdır.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə SOCAR 19 min 732 metr qazma işləri aparıb.