Yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı (European Gas Conference 2018) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 430-dan çox nümayəndənin iştirak edəcəyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin böyük nümayəndə heyəti ilə təmsil olunacağı konfrans Avstriyanın “OMV” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir