06 may 2024 12:20
619

SOCAR prezidenti Özbəkistana səfər edəcək

Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.

“İki sahil” xəbər verir ki,  sərgidə Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkət və brendin nümayəndələri iştirak edəcək. Eyni zamanda, Azərbaycan sərgidə Dövlət Neft Şirkəti (SOCAR) və “ENERJİ N” MMC-nin stendləri ilə təmsil olunacaq.

Özbəkistan Enerji Həftəsi qlobal enerji ictimaiyyətinə Özbəkistan və Mərkəzi Asiya regionunda enerji sənayesinin inkişafı üzrə cari planları müzakirə etmək imkanı verən ənənəvi və bərpa olunan enerji mənbələri sahəsində əsas oyunçuları bir araya gətirəcək.

Bu forumun plenar iclasında SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edəcək.

2023-cü ildə sərgidə 18 ölkədən 171 şirkət iştirak edib. (Report)