05 may 2024 21:47
508

“Titanik”in aktyoru vəfat etdi - FOTO

Britaniyalı aktyor Bernard Hill 79 yaşında vəfat edib.

Bu barədə aktyorun agenti məlumat verib.

Hill məşhur 1997-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Titanik” filmində Kapitan Edvard Smit, “Üzüklərin hökmdarı”nda isə Teoden rollarını canlandırıb.

Qeyd olunur ki, aktyor bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. 1970-ci illərdən filmlərdə və televiziyada rol alıb. O, 11 “Oskar” almış (“Titanik” və “Üzüklərin hökmdarı: Kralın qayıdışı”) filmlərdə birdən çox rol alan yeganə aktyordur. Aktyor ilk dəfə 1982-ci ildə “Boys on the Sideline” teleserialında çəkildikdən sonra şöhrət qazanıb.

Oxu.Az