Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moskvada Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller ilə görüşüb.
“İki sahil” bu barədə Rusiya şirkətinə istinadən xəbər verir.
“Tərəflər təbii qaz sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunub.
Görüşün təfərrüatları barədə məlumat verilməyib. (Report)