Qlobal neft tələbatı davamlı olaraq azalma tempində olsa da 2040-cı ilə qədər artmaqda davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2040-cı ilə qədər təbii qazdan istifadə 45 faiz artacaq.
Çin 2030-cu ilədək ən böyük neft istehlakçısı ABŞ-ı geridə qoyacaq. 2040-ci ildə isə Çinin xalis neft idxalı gündəlik 13 milyon barrelə çatacaq.
ABŞ digər ölkələrlə müqayisədə neft-qaz hasilatını daha böyük həcmdə artırır. Hazırda qaz ixracatçısı olan ABŞ 2020-ci ilin sonlarında xalis neft ixracatçısına çevriləcək.
IEA-nın proqnozuna görə, 2010-cu ildən 2025-ci ilə qədər ABŞ neft hasilatını gündəlik 8 milyon barrel artıraraq neft bazarı tarixində istehsalını ən sürətlə artıran ölkə olacaq. 2008-ci ildən etibarən 15 il ərzində ABŞ-ın təbii qaz istehsalındakı 630 milyard kubmetrlik artım qaz hasilatı üzrə rekordu yeniləyəcək.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir