22 aprel 2024 09:37
598

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Tüklə QPS” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin “Təmiz Qaz” QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.