19 aprel 2024 17:00
666

“SOCAR Türkiyə”nin qrup şirkətləri “Əla davamlılıq”, “Yaxşı davamlılıq” SƏVİYYƏSİNƏ NAİL OLDU

Fortune 500 siyahısında yer alan,  Türkiyənin ən böyük şirkətlərinin daxil olduğu Fortune Türkiyə və “CRIF- Türkiyə Davamlılıq və Ətraf Mühit, Sosial, İdarəetmə (Çevresel, Sosyal, Yönetişim - ÇSY) 2024” araşdırmalarının nəticələrinə görə, “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Petkim, “Star” neft emalı zavodu, “SOCAR Petrol Ticarət”, “Bursagaz” və “Kayserigaz” A kateqoriyası alaraq “Əla davamlılıq” səviyyəsinə nail olublar.

“İki sahil” xəbər verir ki, "SOCAR Türkiyə" bununla bağlı paylaşım edib.

Paylaşımda həmçinin qeyd olunur ki, bununla yanaşı “SOCAR Enerji Ticarət” B kateqoriyasında “Yaxşı davamlılıq” balı əldə edib: 

"Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq hazırlanmış davamlılıq strategiyası ilə insanlar, cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa yönəlmiş tədqiqatlar aparan bütün həmkarlarımıza təşəkkür edirik."