18 aprel 2024 16:11
483

Azərbaycanlı rəssamların əsərləri Venesiya Biennalesində nümayiş olunacaq

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunur.

“İki sahil” xəbər verir ki, bu il aprelin 20-dən noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçiriləcək.

16-cı əsrin heyrətamiz memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonu isə Venesiya sərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir.

Pavilyonda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərləri nümayiş olunacaq.