10 aprel 2024 21:00
579

Efirdə bədənlərini göstərənlər... Xalq artisti SƏRT TƏNQİD ETDİ

Xalq artisti Nəzakət Teymurova "Tarixin bir günü" verilişində qonaq olub.

“İki sahil” xəbər verir ki, sənətçi bayağı musiqilərlə gənc nəslin musiqi zövqünün korlandığını bildirib:

"Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki... Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Mən bayaqdan klassik əsərlərimizi oxuyuram. Burada muğam dəstgahı açmamışam ki... Muğam yeri ayrı, efir yeri ayrıdır. Amma hər gün efirdə simaları ilə bədənini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır".