İspaniya kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, "Barselona" doğma meydanda "Espanyol"la qarşılaşıb. Matç Ernesto Valverdenin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" - "Espanyol" - 2:0
Qollar: Luis Suares, 9, Lionel Messi, 25
İlk oyun - 0:1.
Bu qələbə sayəsində Kataloniya klubu növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl "Sevilya", "Valensiya" və "Leganes" yarımfinala adını yazdırıb.