İraq İran körfəzindəki Al-Faw limanında yeni neft emalı zavodu inşa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, zavod 2 Çin şirkəti ilə birgə tikiləcək. Zavod sutkada 300 min barrel emal gücünə malik olacaq. Bundan başqa, zavodda 1 neft-kimya müəssisəsi də fəaliyyət göstərəcək.
Nazirlik, həmçinin üç yeni neft emalı zavodunun inşası üçün investor axtarıldığını bildirib.
İraqın cənubundakı Nəsiriyə və ölkənin qərbindəki Anbar vilayətlərində 2 neft emalı zavodunun inşası planlaşdırılır. Eləcə də, Mosul yaxınlığındakı Kayarada sutkalıq 100 min barrel emal gücü olan neft emalı zavodunun tikintisi nəzərdə tutulub.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir