SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi 2023-cü ildə STAR neft emalı zavoduna inteqrasiyası və uğurlu əməliyyat fəaliyyəti sayəsində güclü balansını qoruyub saxladı. Neft-kimya sektorunda mənfəət marjalarının azalmasına baxmayaraq Petkim 2023-cü ili neft emalı-neft-kimya inteqrasiyasının sinerjisi ilə 7,4 milyard TL xalis mənfəətlə başa vurdu.
60,4 milyardlıq satış
Türkiyənin ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan Petkim 2023-cü ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb. Petkim inflyasiya uçotu məlumatlarına əsasən 2023-cü ildə 60,4 milyard TL satış əldə edib. Tətbiq edilən inflyasiya uçotu ilə məlumatlara görə, Petkim-in 2023-cü ildə xalis mənfəəti 7,4 milyard TL olub.
Ege bölgəsinin ixrac üzrə lideri
Petkim-in neft-kimya sənayesində mənfəət marjalarının daraldığı və geosiyasi dalğalanmaların yaşandığı 2023-cü ildə əldə etdiyi maliyyə nəticələrində müəssisə rəhbərliyinin səmərəliliyin artırılması təşəbbüsləri, əməliyyat və maliyyə qərarları və “Star” neft emalı zavoduna inteqrasiya mühüm rol oynayıb. 2023-cü ildə qüvvəyə minən inflyasiya uçotu Petkim-in balans maddələrinin ədalətli dəyəri ilə göstərilməsini təmin edib.
Ege İxracatçılar Birliklərinin (EİB) 2023-cü ilin İxrac Ulduzları siyahısına əsasən, 557 milyon dollar dolayı və birbaşa ixracat reallaşdıran Petkim uzun illər olduğu kimi 2023-cü ildə də həm ümumi reytinqdə, həm də kimya kateqoriyasında Ege bölgəsinin ixrac üzrə liderliyini qoruyub.
Petkimdə davamlı istehsal hədəfi
Gündən-günə əhəmiyyəti artan davamlılıq və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində “SOCAR Türkiyə” və onun qrup şirkətləri davamlılıq oxunda insanlara, cəmiyyətə və ətraf mühitə fayda gətirmək üçün işlərini davam etdirir. 2023-cü ildə Petkim neft-kimya sənayesində BIST davamlılıq 25 İndeksinə daxil olan ilk şirkət oldu. Petkim-in 2022-ci il qiymətləndirməsində 45,87 olan ümumi davamlılıq reytinqi 2023-cü ildə isə 70,03-ə yüksəlib. Davamlı istehsal tələblərinin həyata keçirildiyini təsdiq edən ISCC (Beynəlxalq Davamlılıq və Karbon Sertifikatı) Plus sertifikatını almaq hüququna malik Petkim, həmçinin bio, dövri və biotsiklik məhsullar da istehsal edə biləcək.
Əsas göstəricilər |
1 Yanvar - |
1 Yanvar - |
Müqayisə |
Fərq |
Xalis satış (milyon TL) |
60.441 |
97.857 |
(%38) |
(37.416) |
Ümumi mənfəət (milyon TL) |
(2.328) |
607 |
(%484) |
(2.935) |
Ümumi mənfəət marjası (%) |
(%3,9) |
%0,6 |
(4,5) |
|
Xalis gəlir (milyon TL) |
7.414 |
(1.342) |
(%652) |
8.756 |
Xalis mənfəət marjası (%) |
%12,3 |
(%1,4) |
13,7 |
|
EBİTDA (milyon TL) (*) |
3.305 |
3.948 |
(%16) |
(643) |
(*) İnflyasiya uçotu məlumatları tətbiq edilmir.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub. “SOCAR Türkiyə” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.
Orxan Vahidoğlu, “İki sahil”