30 yanvar 2018 22:56
1326

Tbilisidə metronun tavanı çökdü

Tbilisi metrosunun “Varketili” stansiyasında tavan çökməsi nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.

AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yaralılar xəstəxanalara çatdırılıblar. Hadisə yerində olan Tbilisi şəhərinin meri Kaxa Kaladze yaralıların dövlət hesabına müalicə olunacağını bildirib.

Qeyd edək ki, metronun "Varketili" stansiyasında təmir-bərpa işləri ötən il aparılıb.

**

Gürcüstan paytaxtı Tbilisidə "Varketili" metro stansiyasında asma tavanın bir hissəsi çöküb.

AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 sərnişin xəsarət alıb. 

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.