25 mart 2024 13:43
344

Ermənistanın güc strukturlarının rəhbərləri parlamentdə qapalı iclasa qatılıb

Ermənistanın güc strukturlarının rəhbərləri Milli Assambleyada qapalı müzakirədə iştirak edir.

“İki sahil” Ermənistan KİV-nə istinadla xəbər verir ki, büdcə məsələlərinin müzakirə olunduğu iclasa müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.

Sessiya açıq başlasa da, müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib.

Parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.