TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır. Türkiyə sərhədləri daxilində Əskişəhər və Ədirnə olmaqla TANAP-ın 2 çıxış nöqtəsi var. Borunun diametrı 56 və 48 düym Mərmərə dənizi boyunca 36 düym təşkil edir. Boru xəttinin ən yüksək nöqtəsi Ərzincanda 2760 metr olan Qızıldağ yüksəkliyidir. Ən dərin nöqtəsi Dardanel boğazında 67.5 metrdir. Layihə müddətində 131620 qaynaq işi yerinə yetirilib. 50908400 kubmetr qazıntı işi aparılıb.
29 fevral 2024-cü il tarixinədək TANAP-la təqribən 59 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bunun 26 milyardı Türkiyəyə, 33 milyardı isə Avropaya nəql olunub.
"İki sahil" TANAP layihəsi ilə bağlı SOCAR-ın hazırladığı video-çarxı təqdim edir: