Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 1,05 milyon barrel azalaraq 418,4 milyon barrel olub. Analitiklər ehtiyatların 3,15 milyon barrel artacağını nəzərdə tuturdu. Əvvəlki həftə isə neft ehtiyatları 3,22 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-ın neft ehtiyatları son 3 həftədə 2 həftə artıqdan sonra yenidən azalıb.
ABŞ-dakı benzin ehtiyatları isə ötən həftə 227 min barrel azalıb. Benzin ehtiyatlarının 2,8 milyon barrel artması gözlənilirdi. Əvvəlki həftə isə benzin ehtiyatları 2,6 milyon barrel artmışdı. Beləliklə də, benzin ehtiyatları son 9 həftə artıqdan sonra yenidən aşağı düşüb.
Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir