7 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində SOCAR ilə “Tatneft” PSC arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanıb, insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.
Nümayəndə heyəti səfər zamanı “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində olub, istehsalat prosesi ilə tanış olublar.