Məlum olduğu kimi, SOCAR-da işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə çərçivəsində elan olunan vakansiyalar www.socar.az veb-səhifəsində yerləşdirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən müxtəlif fəaliyyət istiqamətləri və kateqoriyalar üzrə növbəti vakansiyaların hazırda elan olunması davam etdirilir. İxtisas (peşə) və iş təcrübəsi vakansiyanın tələblərinə cavab verən namizədlər müvafiq vakansiya üzrə elektron müraciət formasını dolduraraq müsabiqədə iştirak edə bilərlər. Müsabiqə iki mərhələdən ibarət olmaqla, birinci mərhələ test imtahanı, ikinci mərhələ isə müsahibə (peşə sınaq imtahanı) olub, SOCAR-ın aidiyyəti sahə üzrə mütəxəssislərindən ibarət Komissiya tərəfindən keçirilir və hər bir mərhələnin nəticəsi barədə vətəndaşın müraciət formasında qeyd etdiyi elektron poçt ünvanına bildiriş və mobil telefon nömrəsinə SMS göndərilir.
Nəzərinizə çatdırırıq ki, ötən 2017-ci il ərzində müsabiqədən uğurla keçmiş 995 nəfər SOCAR-ın müəssisə və təşkilatlarında müxtəlif peşə və vəzifələr üzrə işlə təmin olunmuşlar və hal-hazırda əmək fəaliyyətlərini şirkətdə davam etdirirlər.
Elan olunmuş vakansiyalar haqqında ətraflı məlumatı buradakı cədvəldən almaq mümkündür.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir