Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirəcək.
“İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı da nəzərdə tutulur.
Aksiya Gənclər Evinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” martın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək