15 fevral 2018 14:22
1352

"Real" PSJ-ni, "Liverpul" "Porto"nu uddu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

Turnirin son qalibi “Real Madrid” doğma meydanda PSJ-ni qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən matç İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər görüşündə “Liverpul” səfərdə “Porto” ilə qarşılaşıb. Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma gələn həftə keçiriləcək.