Ötən ay muxtar respublikada 144 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb
Muxtar respublikada təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilib ki, yanvar ayında daxil olan müraciətlərə əsasən 144 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb, bunun 132-si əhali abonenti, 12-si isə qeyri-əhali abonenti olub.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib və 433 ədəd qaz sayğacı quraşdırılıb. Ötən ay qaz şəbəkəsində 1574 sızma aşkarlanaraq aradan qaldırılıb.
Yanvar ayında yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəzlənməsi işlərinin görülməsi ilə əlaqədar 14 min 367 paqonometr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir