Fevralın 17-də Qərbi Azərbaycan İcmasında (QAİ) təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib.
Qurumun “İki sahil”ə bildiriblər ki, tədbirdə çıxış edən QAİ-nın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq yenidən qalib gəldiyini vurğulayıb, bu qələbə münasibətilə xalqımızı bir daha təbrik edib.
Ə.Ələkbərli İcmanın 2024-cü ildə də soydaşlarımızın öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı istiqamətində apardığı yorulmaz fəaliyyəti davam etdirəcəyini, bu məqsədlə ölkə daxilində və xaricində bir sıra tədbirlərin planlaşdırıldığını qeyd edib.
İcma sədri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Aparatının cari il üçün Tədbirlər Planı layihəsi ilə bağlı fikirlərini açıqlayaraq, planda nəzərdə tutulan addımlar barədə məlumat verib.
Sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Əhliman Əmiraslanov, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, QAİ-nın İdarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ-nın İdarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Nəzarət – Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov, Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, Telli Pənahqızı, Qadınlar Şurası sədrinin müavini, Filologiya üzrə elmlər doktoru Almaz Binnətova və digər şəxslər çıxış edərək Tədbirlər Planında əks olunanlarla bağlı təkliflərini səsləndirib, cari məsələlər ətrafında müzakirələr aparıblar.