Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes daha 6 il müddətinə azadlıqdan məhrum edilib.
"İki sahil” “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.
Rusiyanın “Spartak” klubunun 31 yaşlı yarımmüdafiəçisinin narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olduğu aşkarlanıb. Onun 1370 kq ağırlığında kokain qaçaqmalçılığında iştirak etdiyi iddia olunurdu.
Qeyd edək ki, Kvinsi Promes “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün 2023-cü ildə 1,5 illik həbs cəzası almışdı. Hadisə isə 2020-ci ildə baş vermişdi.