21 fevral 2018 23:32
1926

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın İnsan Resursları Departamenti məlumat yayıb. Bildirilir ki, müsabiqə 2017-2018-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr http://new.socar.az saytında “Şərtlər” və “Suallar” bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaq). Son qeydiyyat tarixi martın 5-dir.