Milli Məclisin deputatı Elnur Allahverdiyev İrəvan şəhərində fəaliyyət göstərən məscidlər barədə "Facebook" səhifəsində paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, qədim İrəvan şəhərinin müxtəlif rəssamlar tərəfindən hazırlanmış rəsm əsərlərində məscidlərin çoxsaylı minarələri təsvir olunub. 1828-ci ildə Rusiyada İrəvan qalasının ələ keçirilməsinə görə verilmiş medalın arxa tərəfində şəhərin məscidlərinin görüntülərini də görmək olur. XX əsrin əvvəllərində İrəvanda aşağıdakı məscidlər fəaliyyət göstərirdi:
- qədim Şəhər (şəhər) məscidi;
- Qədza Novruzəlibək məscidi;
- Hacı İmamverdi Məscidi;
- Mirzə Səfibəy məscidi;
- Hacı Cəfərbəy məscidi;
- Hacı İlyas məscidi və başqaları.
Hazırda şəhərdə qalan yeganə məscid 1776-cı ildə inşa edilmiş Göy məsciddir.