09 fevral 2024 11:25
737

"SOCAR AQŞ" zərərli və istixana qazları emissiyalarını azaltmağı hədəfləyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR AQŞ" MMC Ətraf mühit, Sosial və İdarəetmə (ESG) öhdəlikləri üzrə zərərli və istixana qazları emissiyalarını azaltmağı qarşısına məqsəd qoyub.

“İki sahil” xəbər verir ki, bunu "SOCAR AQŞ"nin Baş direktoru Samir Mollayev Bakıda keçirilən "IADS Drilling Caspian" konfransında bildirib.

Qarşıdakı hədəflərdən danışan Baş direktor deyib ki, şirkətin nəqliyyat parkındakı benzinlə işləyən avtomobillərin elektriklə işləyən avtomobillərlə əvəzlənməsi prosesi də davam edir: "Fəaliyyətimizin digər mühüm ekoloji aspekti su ehtiyatlarından davamlı istifadədir. Biz qısa müddətdə su filtrasiya sistemi quraşdırmaq qərarına gəldik və bu bazarda yeni bir hal olmasa da, bizim üçün mühüm bir yenilikdir".