22 yanvar 2024 19:55
410

"Açıq mikorfon" aksiyası Tovuzun Aşağı Quşçu kəndində reallaşıb - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin  Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyi  yanvarın 22  -də Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri ilə görüşüblər.

“İki sahil” xəbər verir ki,  reallaşan  «Açıq mikrofon» aksiyasında sakinlər yaşadıqları ərazinin mavi yanacaqla təmin olunması ilə bağlı müraciət ediblər.

Şəmkir RQİİ-nin məsul şəxsləri səsləndirilən müraciətlərin araşdırılacağını və aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdırıblar.