22 yanvar 2024 17:23
699

Hava şəraiti ilə bağlı SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkə ərazisində yanvarın 22-si səhər saatlarından başlayaraq ayın 23-dək hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edilib ki, müəyyən işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Həmçinin geniş maarifləndirmə işləri aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun yaydığı məlumata görə, yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir.