18 yanvar 2024 16:10
1089

Rövşən Nəcəf: “MOL Group” Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayır

Macarıstanın “MOL Group” şirkəti Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Davos İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa və şirkətin Kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşüb.

“Müzakirələrimiz zamanı “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan kimi layihələr üzrə uğurlu əməkdaşlığı vurğulanıb. Danışıqlar zamanı mövcud və potensial əməkdaşlıq imkanlarını araşdırılması, eyni zamanda qarşılıqlı maraq doğuran müxtəlif mövzular barədə fikir mübadiləsi aparılıb”, - R. Nəcəf qeyd edib.