İraq özünün yeni milli neft şirkətini yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyinə İraq Parlamentinin neft və enerji komissiyasının üzvü Zahir əl-Ubeydi deyib.
O bildirib ki, parlament səs çoxluğu ilə yeni milli neft şirkətinin yaradılması barədə qanununu təsdiqləyib. Yeni şirkət İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) də daxil ölkədəki bütün neft fəaliyyətlərini idarə edəcək. Şirkət rəhbərliyi xalqa nə qədər payın düşəcəyini təyin edəcək. Həmçinin xalq tərəfindən şirkətə nəzarət edilməsinə də imkan veriləcək.
Qeyd edək ki, İraq mərkəzi hökumətinin neft əməliyyatları və satışı hazırda dövlətə məxsus “SOMO” şirkəti tərəfindən həyata keçirilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir