09 yanvar 2024 23:33
616

Pirimiz, məbədimiz Zəngəzur...

VII əsrin ikinci yarısında Ərəb xilafətinin orduları Qafqaz Albaniyasını işğal etdikdən sonra Zəngəzurun alban əhalisinin bir qismi xristian dinindən islam dininə keçmiş, bir qismi isə xristianlıqda qalmışdı. Bu, islam dininin humanizmindən irəli gəlirdi. Quranın qanunlarına görə hər kəs hansı dini istəsə ona da sitayiş edə bilərdi. Ona görə də xristianlar dinlərini dəyişməyə məcbur edilmirdilər. Hazırda Qarabağda və Zəngəzurda yaşayan köklü xristian albanların və qıpçaq türklərin özlərini “erməni” kimi tanımaları məhz bu tarixi prosesin nəticəsidir. Rusiyanın tanınmış kinorejissoru David Şahnazaryan televiziyaya müsahibələrindən birində qeyd edir ki, özünü hay hesab etmir. Onun ulu babaları qıpçaq türkləri olub və sonradan qriqorian dinini qəbul ediblər. 

Qeyd edək ki, bölgələrdə mövcud olan və günümüzə qədər gəlib çıxmış Alban məbədlərinin hamısı vaxtilə bu cür erməni-qriqorian kilsələrinə çevrilmişlər. Zəngəzurun Sisian nahiyəsindəki IV-V əsrlərə aid Tanaat məbədi, VI-VII əsrlərə aid müqəddəs Qriqori, yaxud Qarakilsə məbədi, Gorus nahiyəsindəki IX əsrə aid Tatev məbədi kimi bir çox məbədlər qriqorian kilsələrinə çevrilmiş qədim Alban abidələridir. Bu abidələr haylar tərəfindən dünyaya qədim erməni kilsələri kimi təqdim olunsa da, tarixi-elmi dəlillər bu abidələrin sırf Alban məbədləri olduğunu təsdiq edir. Bundan əlavə, haylar Alban abidələrindəki daş kitabələrdə həkk olunan yazıları oxuya bilmirlər.

Zəngəzurda çox sayda pirlər, ocaqlar, ziyarətgahlar mövcuddur. Sisian rayonundakı Qırxlar, Salvartı pirləri, Qafan rayonundakı Pirdavidan, Çiləxana pirləri, Mehri rayonundakı Buğakar piri, Laçın rayonundakı Quşçu, Ağababa, Sultan baba pirləri, Qubadlı rayonundakı Mir Sədi ağa ocağı, İmamzadə ocağı, Ağ Hasar piri zəngəzurluların hər zaman üz tutduqları müqəddəs ocaqlar idi. Laçın rayonundakı Ağoğlan məbədi, Həmzə Sultan sarayı, Cicimli türbəsi, Sisian rayonundakı Ağüdi qəbirüstü abidəsi, Mehri rayonundakı Baba Hacı məqbərəsi, Zəngilan rayonundakı Bartaz Qız qalası, Məmmədbəyli türbəsi, Qubadlı rayonundakı Göy Qala, Dəmirçilər türbəsi, Mahrızlı, Dondarlı məscidləri kimi

tarixi-memarlıq abidələrinin bir qismi erməni vandalları tərəfindən dağıdılmış, bir qismi də erməni irsi kimi qələmə verilməkdədir. Qərbi Zəngəzurun bir sıra yaşayış məntəqələrindəki müsəlman məbədlərinin qalıqları isə hələ də qalmaqdadır.

1993-cü ildə Şərqi Zəngəzurun işğalından sonra oradakı yüzlərlə qoç heykəllər də erməni vandallağı nəticəsində məhv edilmişdir. Çünki qoç , at, öküz hayların totemi deyil. Ermənilər Qərbi Zəngəzurda azərbaycanlıların çoxəsrlik dini-mədəni irsini və izini yox etməyə çalışsalar da, onu tarixin daş yaddaşından, foto-video materiallardan və sənədlərdən silə bilmədilər. Oradakı müsəlman qəbiristanlıqlarında olan qoç və at fiqurlarının öz əksini tapdığı yüzlərlə qəbirüstü abidə və sənduqələr bu torpaqların azərbaycanlılara məxsus tarixi keçmişindən xəbər verir. Deməli, haylar öz tarixlərini deyil, bizim tariximizi silməyə çalışıblar. Şərqi Zəngəzurun Ermənistan ordusunun işğalı dövründə tarixi-memarlıq abidələrinə qarşı törədilən vandalizmin nəticələri qısa müddətdə aradan qaldırılacaq, hər bir abidə, bütün məscidlər yenidən bərpa olunacaq.

Yaxın illərdə Zəngəzurdakı Baba Hacı türbəsinin də haylar tərəfindən erməniləşdirilməsinə başlanılmışdır. Haylar belə bir əfsanə uydurublar ki, guya türbədə dəfn olunan iki nəfər-erməni Baba ilə azərbaycanlı Hacı ümumi düşmənə qarşı birləşərək vuruşmuş, onları qovub yurdlarından çıxarmışlar. Ona görə də bu xalq qəhrəmanları eyni türbədə dəfn olunmuş və bura ziyarətgaha çevrilmişdir. Bu, tamamilə yalandır və hayların quraşdırdıqları gicbəsər nağıllardan biridir.  Yada salaq ki, uzaq əsrlərdə İslam dini müsəlmanla başqa dindən olanın bir türbədə dəfn olunmasını qəti qadağan edirdi. Bundan əlavə, qədim dövrdə bu ərazidə haylar yox idilər. O vaxtlar haylar Hindistanda qaraçılıq edir, Dəclə-Fərat çayları arasındakı ərazilərdə sərgərdan, köçəri həyatı sürür, oradan da ətraf vilayətlərə səpələnirdilər. Nəhayət, XIX əsrin əvvəllərində haylar Rusiya çarlarının himayəsi altında gətirilib Azərbaycan ərazilərində məskunlaşdırıldılar. Rus irticaçı ideoloqları və siyasətçiləri hayları təlimatlandırdılar ki, məskun olduqları yaşayış məntəqələrinin adını, ümumiyyətlə, toponimləri  dəyişdirib erməniləşdirsinlər. Rus hökumətləri hayları silahlandırırdı ki, məqam yetişdikcə yerli sakinləri öldürüb vahimə yaratsınlar və onları öz yurdlarından köçüb qaçmağa məcbur etsinlər. Bu "işə" əsasən 1840-cı illərdə başlanılmışdı. 1905-1907, 1918-1921, 1988-1991-ci illər kütləvi qırğınlarla  müşayiət  olunan deportasiyalar bu dediklərimizin sübutudur. Bu "iş"lərin hamısı kompleks şəkildə dövlət səviyyəsində həyata keçirilirdi. Əlbəttə, bütün dövrlərdə hayların bütün cinayətlərinin arxasında Rusiya hakimiyyəti dayanırdı. Nankor haylar da özgənin torpağında yerləşdiklərinə baxmayaraq həyasızcasına bu əməllərə qurşanırdılar. Ərazilərimizdə  gizlicə xaçlar basdırıb sonra guya onları "təsadüfən" tapır və beləliklə,  bu yerlərin qədim sakinləri olduqlarunu sübut etməyə cəhd göstərirdilər. Zəngəzurdakı abidələrimizi haylaşdırmaq, toponimləri bir-bir özününküləşdirmək bu rəzalətin bir hissəsi idi. "Arxalı köpək qurd basar"-deyiblər. Haylar köpəklik etdikləri arxalarının hərtərəfli köməyi ilə bəd niyyətlərinə çatmışlar. Ancaq şirniklənib daha artığına sahib olmaq istəyirdilər. Ancaq İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu haylara öz yerlərini göstərdi.

 Haylar əməllərini davam etdirir, başqalarına qarşı ərazi iddialarından əl çəkmir, özlərinə saxta tarix, coğrafiya, musiqi və mədəniyyət uydururlar. Hətta onlar bizim musiqi alətlərimizi, mətbəximizdəki yeməkləri belə oğurlayıb öz adlarına calamaq istəyirlər. Görünür, böyük rus şairi Aleksandr Puşkin dərin nifrət bəslədiyi haylara xitabən “sən oğrusan, sən ermənisən” deyəndə elə bu oğurluqları nəzərdə tuturmuş.

Vəli İlyasov, "İki sahil"